Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Quba Olimpiya Kompleksində təlim keçirildi -FOTOLAR

31 oktyabr – 2 noyabr tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan İdman Akademiyasının (ASA) struktur bölmə rəhbərlərinə Quba Olimpiya Kompleksində təlim keçirilib.
Yenixeber.org: Sözügedən səfərin məqsədi Akademiyanın Strateji İnkişaf Planının əhəmiyyətinin müzakirəsi, struktur bölmələrin fəaliyyətlərinin bu plan əsasında qurulması, həmçinin planın icrası istiqamətində təlim və debatların təşkili olub.
Təlimə ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, ekspert Kənan Kərimli rəhbərlik edib. Üç gün davam edən təlimdə strateji planlaşdırma prosesi, innovativ idarəetmə yanaşmaları, fəaliyyətlərin effektivliyinin artırılması, eləcə də məqsəd və nəticəyönümlü idarəetmə mexanizmləri mövzularında təqdimatlar edilib və praktiki müzakirələr aparılıb.
Səfər çərçivəsində həyata keçirilən fikir mübadiləsi nəticəsində Akademiyanın qarşıdakı illər üçün prioritet istiqamətləri və fəaliyyət planları müəyyənləşdirilib.


 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam