Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Parlamentdə yeni komitələr yaradılır?

Parlamentdə yeni komitələr yaradılır?

Azərbaycan Milli Məclisi dünya ölkələri arasında yeganə parlamentdir ki, Büdcə komitəsi yoxdur. Türkiyə, hətta zamamında məcburən bir yerdə olduğumuz MDB ölkələri belə, hamısının parlamentində Büdcə komitəsi var.

Yenixeber.org: Bununla yanaşı, əksər ölkələrin nəinki parlamentlərində belə komitələr var, hətta dövlət qurumları sırasında büdcə nazirlikləri fəaliyyət göstərir.

Əldə etdiyimiz məlimata görə, Azərbaycan Milli Məclisində də sözügedən sahəyə aid komitə yaradılacaq. Yeni komitənin Büdcə və iqtisadiyyat adlandırıla biləcəyi gözlənilir. Bundan başqa Milli Məclisdə Texnologiya, infrastruktur və süni intellekt komitəsinin də yaradılacağı söylənilir. Qeyd edilir ki, bu, dünyanın yeni çağırışları ilə ayaqlaşmaq və rəqabətlilik üçün əsasdır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, hər bir ölkənin parlamenti dövlət siyasətini uğurla həyata keçirən lazımı komitələri yaradır.
“Bir çox parlamentlərdə Büdcə komisyaları fəaliyyət göstərir. Bu komisiya birbaşa dövlət büdcəsi işləri ilə məşğuldur. Amma bu o demək deyil ki, biz də mütləq şəkildə belə bir komitə yaratmalıyıq.  Ölkəmizin parlamentində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi var. Bu komitədə dövlət büdcəsi məsələlərinə baxılır və plenar iclasın gündəliyinə təqdim olunur. Yəni Milli Məclisin müvafiq komitənin profili daha genişdir. Bu baxımdan ayrıca bir büdcə siyasəti komitəsinin yaradılacağını güman etmirəm. Həm də büdcə məsələləri mütəmadi müzakirə olunmur. Ölkəmizdə  ildə bir və ya iki dəfə dövlət büdcəsi parlamentin müzakirəsinə çıxarılır ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu işin öhdəsindən uğurla gəlir”, - deputat qeyd edib.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam