Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Sabiq Baş nazirinin qatili günahını etiraf etdi

Tetsuya Yamaqami

Yaponiyanın Nara prefekturasında 2022-ci ilin iyulunda sabiq Baş nazir Şinzo Abeni qətlə yetirməkdə təqsirli bilinən keçmiş hərbi dənizçi Tetsuya Yamaqami məhkəmədə qəsdən adam öldürmə ittihamını qəbul edib.

Yenixeber.org: Bu barədə Yaponiyanın ictimai televiziya kanalı məlumat yayıb.

Bildirilir ki, müdafiə tərəfi həmçinin Yamaqaminin odlu silahların dövriyyəsini tənzimləyən qanunları pozması ilə bağlı ittihamları da qəbul etməyə hazırdır. Bununla yanaşı, vəkillər onun bu addımı ailəsini iflas edən dini təşkilat — “Birləşmə Kilsəsi” ilə bağlı təzyiqlərin təsiri altında atdığını sübut etməyə çalışacaq.

Xatırladaq ki, keçmiş hərbi dəniz qüvvələri əməkdaşı Tetsuya Yamaqami 2022-ci il iyulun 8-də Honşu adasının cənub-qərbində yerləşən Nara şəhərində keçirilən seçki mitinqi zamanı Şinzo Abeni odlu silahla vuraraq qətlə yetirib. Hadisə yerində saxlanılan Yamaqami istintaq zamanı bildirib ki, sabiq Baş nazirin “Birləşmə Kilsəsi” ilə əlaqələrinə inandığı üçün onu öldürüb.

Yamaqaminin anasının sözügedən dini təşkilatın fanatik üzvü olduğu, ona bütün əmlakını ianə etdiyi və ailəni maliyyə baxımından iflasa apardığı qeyd olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam