Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Avropalı bukmeykerlər "Avroviziya - 2025"də Azərbaycanı favorit hesab etmir

 

Avropalı bukmeykerlər "Avroviziya - 2025"də Azərbaycanı təmsil edən "Mamagama" qrupunu favorit hesab etmir.

Yenixeber.org xəbər verir ki, "Mamagama" qrupunun "Run with u" mahnısı ilə qalib gələcəyinə inananlar 1 faizdən də azdır.

Builki müsabiqədə əsas favorit ölkələr İsveç və Avstriyadır. Belə ki İsveçi təmsil edən KAJ qrupunun "Bara bada bastu" mahnısı 38 faiz, Avstriyanı təmsil edən Yohannes Pietsin "Wasted love" mahnısı isə 16 faiz göstərici ilə "Avroviziya - 2025"də iddialılardan hesab olunur.

Ümumilikdə, bukmeykerlərin ilk onluğunda İsveç və Avstriya ilə yanaşı, Fransa, Hollandiya, İsrail, Finlandiya, Belçika, Çexiya, Estoniya və Albaniya kimi ölkələr var.

Qeyd edək ki, "Avroviziya - 2025" İsveçrənin Bazel şəhərində keçiriləcək.

Müsabiqənin yarımfinal mərhələləri 13 və 15 mayda, final isə 17 mayda olacaq.

Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam