Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Attestasiyadan kəsilən müəllimlərlə bağlı -RƏSMİ AÇIQLAMA

 

Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanın nəticələri ilə bağlı müraciətlər xüsusi komissiyalar tərəfindən araşdırılır.

Yenixeber.org xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanı aparan komissiyaların fəaliyyətinə ciddi nəzarət edilir, onların verdikləri qərarlar təhlil olunur:

"Bu məqsədlə müvafiq əmrlə xüsusi komissiyalar yaradılıb. Hazırda komissiyalar tərəfindən attestasiya ilə bağlı iradları olan təhsilverənlərin müraciətləri araşdırılır, qanunvericiliyə uyğun tədbir görülməsi istiqamətində addımlar atılır. Komissiyalar əhalinin sosial baxımdan həssas qruplarından olan vətəndaşların müraciətlərinə xüsusi diqqət yetirir".

Məlumat üçün xatırladaq ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiya keçirilib.

Bakı şəhərində və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki təhsil ocaqlarını əhatə edən attestasiya prosesi maksimum şəffaf və sahənin peşəkarlarından ibarət komissiyalar tərəfindən aparılıb. 

Komissiyaların rəyinə əsasən, səriştə və bacarıqları tam yararsız kimi qiymətləndirilən müəllimlərin təhsil ocağı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. 

Qeyd edək ki, attestasiyadan minimal faizlə kəsilən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində müvafiq kursların təşkili nəzərdə tutulur. Həmin müəllimlər müəyyən müddət ərzində ixtisasartırma kursu keçdikdən sonra imtahan verəcəklər. 

Onu da bildirək ki, attestasiyadan keçə bilməmiş müəllimlərin müvafiq sahələr üzrə işə qəbul imtahanlarında iştirak etmək hüquqları vardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam