Nərimanovda “Yeni Gələcək”in Hesabat Konfransı- FOTO
14 dekabr 2015-ci il tarixində Nərimanov rayonunda fəaliyyət göstərən “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin 2 illik Hesabat Konfransı keçirilib.
Xeberinfo.com: Hesabat Konfransda təşkilatın idarə heyətinin üzvləri və rayonun bir sıra fəal gənclər iştirak edib. Hesabat Konfransını giriş sözü ilə açan İctimai Birliyin baş katibi Ağamir Ağamirov birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın iki illik fəaliyyətindən danışıb, qeyd edib ki, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin fəaliyyət seqmentinin əsasını gənclərin maarifləndirilməsi, gənclərin fiziki sağlamlığının inkişafı, gənclər arasında Vətənpərvərliyin ruhunun aşılanması və asudə vaxtının səmərəli təşkili ilə gənclərin pis vərdişlərdən uzaqlaşdırılması, Qarabağ problemi həqiqətlərinin dünyaya tanıdılması təşkil edir və bununla bağlı bir sıra əhəmiyyətli "Güclü Təhsil, Güclü Gənclik, Güclü Gələcək", "Bakı 2015 - Avropa Oyunları: İdman Tarixinin Yeni Mərhələsi", "Mən Gələcəyimə Səs Verirəm", “Gəncliyin səyahəti”, “I Milli Tələbə Turizm Festivalı”, “Təhsilli gənclik - gələcəyin açarıdır”, “Street Art Festival” , “Turizm Olimpiadası” layihələr həyata keçirilib.
Sonra İctimai Birliyin 1 illik fəaliyyətinə həsr olunan video çarx nümayiş etdirilib.
Daha sonra Birliyin idarə heyyətində edilmiş dəyişikliklər və yeni seçilmiş üzvlərin adları açıqlanıb:
1. Sədrin birinci müavini (sədr səlahiyyətlərini müvəqqəti icra
edən) - Ağamir Ağamirov,
2. Sədr müavini - Baş Katib - Ləman Muradova,
3. Baş Katibin müavini - QHT və layihələrlə iş departementi üzrə katib - İsmayıl İsmayılov,
4. Baş Katibin müavini - TGT-lərlə iş departamenti üzrə katib - Tamerlan Əkbərov,
5. Elm-Təhsil departamenti üzrə katib - Kənan Dadaşzadə,
6.İdman departamenti üzrə katib - Teymur Mustafayev,
7.Kütləvi İnformasiya Vasitələri ilə iş departamenti üzrə
katiblər - Nailə Şıxəliyeva və Aygün Fətullayeva,
8. Tədbirlərin Təşkili Departamenti üzrə katiblər - Cahandar Məmmədov, Asəf Cabbarlı və Əli Həsənov.
Sonda Nərimanov rayonunda fəaliyyət göstərən bir sıra digər gənclər təşkilatlarının rəhbərləri çıxış edərək Birliyin fəaliyyətindən danışmış və seçilmiş yeni idarə heyəti üzvlərinə uğurlar arzulamışlar.