Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Kobaxidze Aİ ilə üzvlük danışıqlarını bu gün imzalamağa hazırdır -şantaja son qoyulmalıdır

İrakli Kobaxidze

Üzvlük danışıqlarına başlamaqla şantaja son qoyulmalıdır. Əgər onlar danışıqlara başlamaq istəyirlərsə, qoy bunu masaya qoysunlar və mən bu gün onu imzalayacam.

Yenixeber.org: Məlumata görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında deyib.

“Biz açıq şəkildə bildirdik ki, bu məsələni növbəti dörd il üçün gündəmimizdən çıxarırıq. Bütün bu müddət ərzində Aİ-yə namizəd statusundan şantaj vasitəsi kimi istifadə olunub. Sülhə ən çox ehtiyac duyduğumuz bir dövrdə, xüsusən də Ukraynada müharibənin başlanğıcında bu, ölkəmiz üçün fəlakət idi. Məhz o zaman ölkəmiz namizəd statusu ilə bağlı şantajla üzləşməyə başladı, bu vəziyyət iki ilə yaxın davam etdi.

2022-ci ilin fevralından 2023-cü ilin dekabrına kimi bu şantaja məruz qaldıq. Həmin alət öz effektivliyini itirəndən və bizə namizəd statusu verildikdən sonra onlar üzvlük danışıqlarının başlanması ilə bağlı bizi şantaj etməyə keçdilər. Bu taktika üç ildir ki, davam edir və ancaq cəmiyyəti parçalamaq, qütbləşməni və radikalizmi qızışdırmaq üçün süni vasitə rolunu oynayır. Bu, bitməlidir. Ona görə də açıq mesajımız var: şantaja son qoyulmalıdır. Əgər həqiqətən də danışıqlara başlamaq istəyirlərsə, bunu təqdim etsinlər və mən bu gün imzalayacağam. Biz mövqeyimizdə qətiyik: bizim tərəfimizdən bu məsələ yaxın dörd il ərzində gündəmdə olmayacaq, ona görə də biz heç kimə şantaj vasitəsi saxlamırıq”, - deyə İrakli Kobaxidze bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam