Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Bakıda ticarət mərkəzi yanır -Yenilənir/FOTOLAR

 

Bakıda ticarət mərkəzi yanır.

Yenixeber.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

“Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür”, - məlumatda bildirilib.

***

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-dən saytımıza verilən məlumata görə, hazırda yanğın məhdudlaşdırılıb.

Belə ki, yanğının genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam