Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycand rəsmi nikah olmadan dini kəbin kəsilmir -AÇIQLAMA

Artıq 15 ildən çoxdur ki, rəsmi nikah olmadan dini kəbin kəsilmir. Rəsmi nikahın qeydiyyat nömrəsi mütləq şəkildə nikahnaməyə qeyd olunur.

Yenixeber.org-un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov söyləyib.

İlham Səlimov deyib ki, Bakıda din xadimləri bu qaydalara əməl edirlər. Rəsmi nikah şəhadətnaməsi təqdim olunmadığı halda kəbin kəsilmir.

"Cütlük rəsmi nikaha daxil olduqdan, həmin sənədi din xadiminə təqdim etdikdən sonra onlara nikahnamə təqdim olunur" - İlham Səlimov söyləyib.

O qeyd edib ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsi bununla bağlı din xadimlərinə daim tapşırıqlar verir, nəzarət edir.

"İmam nikahı adlanan kəbin odur ki, iki gəncin arasında halallıq duası oxunur. Valideynlər bu izdivaca öz xeyir-dualarını verirlər. Məscidlər bağlı olduğu dövrdə də bu belə icra edilib. Kəbini kəsmək hər yoldan keçən insanın işi deyil. Kəbini savadlı insan kəsməlidir. Təsadüfi deyil ki, insanlar kəbin kəsdirəndə məscidin ən savadlı şəxsinə, axunda müraciət edirlər. Halallıq duası düzgün oxunmalıdır. Burada hər sözün öz mənası var. Kəbin Allahın əmridir. Peyğəmbərimizin oxuduğu xeyir duasıdır. Allahın əmri, peyğəmbərin xeyri ilə din xadimləri kəbin kəsir. Bu iş dövlətimizin qoyduğu qayda-qanuna uyğun icra edilir. Paytaxtda din xadimləri buna əməl edirlər. Ola bilər ki, belə hallar rayon yerlərində baş verir", - İlham Səlimov "Sputnik"ə açıqlamasında deyib.

Qeyd edək ki, bu günlərdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Sədaqət Vəliyeva Rəsmi nikah olmadan molla kəbini kəsənlərin cəzalandırılmasını təklif edib. Sədaqət Vəliyeva bildirib ki, əvvəl bu məsələdə mollalar, din xadimləri ciddi riayət edirdilər:

"Rəsmi nikah olmadan kəbin kəsilmirdi, amma indi bu hallar yaşanır. Rəsmi nikah olmadan kəbin kəsən din xadimləri cəzalandırılsın. Bu məsələyə nəzarət artırılmalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam