Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Eldar Mahmudovla birgə daha iki məmur “vurulacaqmış”

 

Kərəm Həsənovla Əli Abbasov barədə qərar niyə təxirə salınıb?

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması barədə qərar veriləndə daha iki məmurun da “vurulması” müzakirə edilib.

Xeberinfo.com:     “Azadlıq”a daxil olan məlumatlara görə, həmin məmurlar əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənovla rabitə və texnologiyalar naziri Əli Abbasovdur. Lakin seçki ərəfəsində birdən-birə üç məmurun işdən çıxarılmasının ölkədə ajiotaja səbəb olacağı nəzərə alınaraq onların “vurulması” təxirə salınıb. Məlumatlara görə, qərara alınıb ki, seçkidən sonra hər iki məmurun fəaliyyəti ilə bağlı ciddi araşdırma başlanılsın.

Məlumatlarda deyilir ki, adıçəkilən məmurların “vurulmasında” Prezident Adminsitrasiyasının rəhbəri Ramiz Mehdiyev daha çox maraqlı olub. Ramiz Mehdiyev səhhətində problem yaranmamışdan əvvəl Kərəm Həsənova hansısa bir iş üçün zəng vurub. Lakin komitə sədri Ramiz Mehdiyevin tapşırığını yerinə yetirməkdən imtina edib. PA rəhbəri “MTN işi”ndə fürsəti əldən verməyərək bunun əvəzini çıxmağa çalışıb. Əli Abbasova gəlincə, bildirilir ki, Elnur Aslanov Prezident Administrasiyasından uzaqlaşdırılanda Ramiz Mehdiyev nazirdən keçmiş köməkçisini özünə müavin götürməsi üçün ölkə başçısına təqdimat yazmağı xahiş edib. Lakin Əli Abbasov Elnur Aslanovun prezident sərəncamı ilə işdən çıxarıldığını əsas gətirərək bununla razılaşmayıb. O, yalnız Elnur Aslanovu şöbə müdiri təyin edə biləcəyini bildirib.

Eldar Mahmudovun əmisi qızı ölkədən qaçmaq istəyib?

Bu arada Eldar Mahmudovun əmisi qızı, hazırda Səhiyyə Nazirliyində Innovasiya Idarəsinin rəisi postunun rəhbəri Pərvanə Mahmudovanın ölkədən qaçmaq istədiyi barədə məlumat yayılıb. JAM.AZ-ın xəbərinə görə, Pərvanə Mahmudova uzun illərdir Səhiyyə Nazirliyində çalışıb. Lakin əmisi oğlu Eldar Mahmudov vəzifə başına keçəndən sonra onun nazirliyin ən gəlirli idarələrindən birinə rəhbər təyin ediblər. JAM.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin Innovasiya Idarəsi ölkəyə xaricdən gətiriliən dərmanların lisenziyalaşdırılmasını həyata keçirir, onlara keyfiyyət sertifikatları verir.

Məlumatda deyilir ki, Pərvanə Mahmudovanın hansı səbəbdən ölkədən qaçmaq istəməsı məlum deyil. Onun Eldar Mahmudovun əmisi qızı olması səbəbindən belə bir addım atacağı inandırıcı deyil. Çünki faktiki olaraq sabiq nazirin oğlu belə ölkədədir. Xanım Mahmudovanın bir həftədən çoxdur işə çıxmadığı da deyilir.

Bəzi bilgilərə görə, Pərvanə Mahmudova MTN rəhbərinin müavnin Əli Şəfiyevin həyat yoldaşıdır.

Eldar Mahmudovun komandası “009″dan imtina edir

Etibarlı mənbədən Moderator.az-a daxil olan məlumata görə isə, “MTN işi” ilə bağlı ağır və sarsıntılı günlər yaşayan sabiq nazir Eldar Mahmudov və onun komandası, bu komandada yaxından-uzaqdan iştirak edən, onun xidmətlərindən faydalanan və ona xidmət göstərən şəxslər sonu 009, 909 və 919-la bitən dövlət nömrə nişanlarından imtina edir. Buna səbəb əsasən Eldar Mahmudov və ailəsinə məxsus olan 009 serialının, eləcə də MTN əməkdaşları arasında geniş yayılan və “şef”ə yaxınlıq əlaməti hesab edilən 909 və 919-la bitən nömrələrin bu gün perestij deyil, təhlükə vəd etməsidir. Əvvəlki dönəmdən fərqli olaraq bu gün “şef”in nəinki özünə, hətta kölgəsinə belə yaxın olmağın təhlükə vəd etməsi, sabiq nazirlə məxsusi yaxınlığı olmayan MTN əməkdaşlarını da avtomobillərinin nömrəsini dəyişmək məcburiyyəti qarşısında qoyub.

Mənbənin sözlərinə görə, bu nömrələr arasında sonu 009-a bitən dövlət nömrə nişanlı avtomobillər istintaq qrupunun diqqət mərkəzinə düşmək baxımından “xüsusilə riskli” hesab edilir. Məhz bu səbəbdən də mənbə sonu 009-la bitən dövlət nömrə nişanlı avtomobillərin hələ uzun müddət ölkə paytaxtında görünməyəcəyi qənaətindədir.

Kərəm Həsənovla MTN-nin işbirliyi necə yaranıb?

kerem hesenov

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd Imanovun adının da “MTN işi”ndə keçdiiyi bildirilir. AzFakt.com-un məlumatına görə, Kərəm Həsənovun “qara kassası” kimi ad çıxaran Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd Imanovun ən yaxın adamı külli miqdarda rüşvət alarkən MTN-çilər tərəfindən həbs olunub və bundan sonra istər Əmlak Komitəsi sədri Kərəm Həsənov, istərsə də, Dövlət reyster Xidmətinin rəisi Məhəmməd Imanov MTN-çilərlə məcburi əməkdaşlığa cəlb olunublar. Lakin daha sonra bu əməkdaşlıq qarşılıqlı mənfəət və biznes sahəsinə çevrilib.

Bildirilir ki, Kərəm Həsənovun əmisi oğlu, Dövlət Reyster Xidmətinin “kilid adamı” Məhəmməd Həsənov külli miqdarda rüşvət alarkən MTN-çilər tərəfindən həbs olunub. Bu doğurdan Kərəm Həsənov üçün ağır zərbə olub. Çünki əmisi oğlu Rüstəm Şahbazovla birlikdə demək olar ki, onun bütün sirrlərini bilib. Kərəm Həsənov problemi yuxarı dairələrlə çözmək istəyib. Mənbə bildirir ki, buna Rüstəm Şahbazov mane olub. Əmlak Xidmətinin beyni olaraq bilinən Rüstəm Şahbazov MTN-lə savaşmağı deyil, əməkdaşlıq etməyi təklif edib. Digər tərəfdən məlum olub ki, həbs olunan Məhəmməd Həsənov Kərəm Həsənov, Rüstəm Şahbazov və Məhəmməd Imanov barədə ciddi faktlara dayanan ifadələr verib və həmin ifadələr ortaya çıxarsa Kərəm Həsənovun karyerasına son veriləcəyi heç kimdə şübhə doğurmayıb.

Rüstəm Şahbazovun tapşırığı ilə MTN-çilərlə təmasa Məhəmməd Imanov keçib. Onun MTN-nin Kadrlar Baş Idarəsinin rəis müavini polkovnik Tehran Babatovla ilk tanışlığı da bu zaman baş verib.

Məhəmməd Imanovla ilk görüşündə Tehran Babatovun ondan bir neçə tələbi olub. Babatov həbs olunan işçinin azad olunması üçün 1 milyon dollar və onların verdiyi siyahı üzrə əmlaklara təcili “kupça”ların verilməsini tələb edib. Görüşdən sonra Kərəm Həsənova və Rüstəm Şahbozova tələbi çatdıran Məhəmməd Imanov tələbləri yerinə yetirməklə bağlı onların razılığını alıb. Bundan sonra isə yarım milyon nəqd şəkildə Babatova çatlırılıb. Iki gün müddətində isə “ZaminBank”ın filiallarından birində açılan hesaba yarım milyon daha köçürülüb.

Tehran Babatovun verdiyi siyahı üzrə isə ən qısa müddətdə Məhəmməd Imanov Bakının mərkəzində 30-dan artıq əmlakın kupçasını Kadrlar Baş Idarəsinin rəisi general-mayor Əlimusa Əliyevin yaxın adamlarının adına, 20-dən artıq əmlakı isə Tehran Babatovun yaxın adamlarının adına rəsmiləşdirib. Mənbə bildirib ki, “əməliyyatın” heç bir problemsiz həyata keçirilməsi Əlimusa Əliyevlə Tehran Babatovun xoşuna gəlib və bu əməliyyatdan sonra Məhəmməd Imanovla Tehran Babatovuq arasında dostluq münasibətləri formalaşıb.

Mənbə bildirir ki, Məhəmməd Imanovla Tehran Babatovun ikinci görüşündə MTN-lə Əmlak Komitəsi arsında iş birliyi müzakirə olunub. Əldə olunan razılaşmaya əsasən tərəflər qarşılıqlı mənfəət əsasında çalışmağa qərar veriblər. Həbs olunan Məhəmməd Həsənov azadlığı çıxdıqdan sonra Dövlət Reyster Xidmətində çalışdığı vəzifəyə qayıtsa da, Kərəm Həsənovun etimadını itirib. Bundan sonra Dövlət Reyster Xidməti tamamilə Məhəmməd Imanovun nəzarətinə keçib.

Məhəmməd Imanovla Tehran Babatovun əldə etdikləri razılaşmaya əsasən son 5 ildə Kadrlar Baş Idarəsinin rəisi general-mayor Əlimusa Əliyevlə  müavini Tehran Babatovun təlimatları ilə Bakıda yüzlərlə milyonlarla manat olan əmlak və müəssisələr özəlləşdirilib. Su qiymətinə özəlləşdirilən həmin həmin “obyektlərə” Dövlət Reyster Xidməti tərəfindən “Çıxarış”lar verilib. Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd Imanov yüzlərcə obyekti, evi, topaq sahəsini, əmlakı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilən generalların adına keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam