Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Rusiyalı general: Bütövlüyünü rəsmən tanıdıqdan sonra sülhməramlıların çıxarılmasına dair qərar qəbul edilib

 

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Moskva və Bakı sülhməramlı fəaliyyətin hədəfə çatdığı üçün Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesinə başlanmasına dair birgə qərar qəbul ediblər.

Yenixeber.org-un xəbərinə görə, bunu Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov Xocalıda sülhməramlı kontingentin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları qarşıya qoyulmuş vəzifələri yerinə yetiriblər: "Sülhün bərqərar olunması prosesində istehkamçılarımız tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam