Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü -FOTOLAR

           Qardaş Türkiyədən olan bir qrup şəhid ailəsi Azərbaycana səfərə gəlib.
Yenixeber.org: "34 şəhidin izi ilə" layihəsi çərçivəsində “Kırşəhir Şəhid Ailələri“ İctimai Birliyinin rəhbərliyi və fəallarının ölkəmizə bu ilk səfər proqramı “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın təşkilatçılığı altında gerçəkləşdirilib.
Bir neçə gündür Bakıda olan şəhid ailələri bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə görüşüblər.
Azərbaycan və Türkiyə arasında münasibətlərdən danışan S.Rüstəmxanlı hər iki ölkənin istiqlal savaşında qardaş xalqların birgə mübarizəsinin tarixdə başqa örnəyinin olmadığını bildirib:
"Yüz il öncə Nuru Paşanın Azərbaycan türklərinə köməyə gəlməsi, eyni zamanda sovet əsarəti altında belə, sadə Azərbaycan insanının bütün maddi imkanlarını Atatürk Cumhuriyyətinə fəda etməsi o dövrün böyüklərinin siyasi iradəsinin nəticəsi idi. Şərqin ilk cumhuriyyəti olan Azərbaycan Xalq Cumhuriyyəti yolunda canından keçən Osmanlı əsgərləri və Atatürk Cumhuriyyətinin qurulması üçün könüllü döyüşən Azərbaycan türkləri “Bir millət, iki dövlət” həqiqətinin real təzahürü idi. O zaman siyasi reallıqlar ideoloji qurtuluş arzusunu gerçəkləşdirməyə imkan vermədi. Bu gün isə dünyanın geopolitik diqtəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq dünyada “Bir millət, iki dövlət” deyil, “Türk birliyi” ideasını həyata keçirmək zamanıdır. Bu zamanın və Türk dünyasının gələcək taleyinin diktəsidir”.
Tədbirdə tanınmış türkiyəli yazıçı, tərcüməçi ,"Türk ədəbiyyatı" jurnalının rəhbəri İmdat Avşar, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Nilufər Lətif, VHP-nin Qadınlarla iş üzrə şöbəsinin müdiri, şair Aysel Xanlarqızı, türkiyəli şəhid ailələri və başqaları çıxış ediblər.
RHİMİB-nin sədri Arzu Bağırova və Türkiyədən gələn qonaqlar adından "Kırşəhər şəhid ailələri" İctimai Birliyinin rəhbəri Mutlu Kılıc Aslan tərəfindən Sabir Rüstəmxanlıya xatirə hədiyyələri təqdim olunub. Qonaqlara isə S.Rüstəmxanlının türk dilində çap olunmuş imzalı kitabları təqdim olunub.
Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - FOTO

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam