Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Süpürgəçi qadına əxlaqsız təkliflər edən gənclər -HƏBS EDİLDİ

 

Sabirabad rayonunda ictimai yerdə qadına qarşı xuliqanlıq hərəkətlərinə yol vermiş 2 gənc həbs edilib.

Yenixeber.org xəbər verir ki, hadisə matın 9-na keçən gecə Sabirabad şəhəri Heydər Əliyev prospektində baş verib.

Polisə 1992-ci il təvəllüdlü E.S. və tanışı, Quba sakini 1998-ci il təvəllüdlü T.M.-in küçədə süpürgəçi qadına əxlaqsız təkliflər etməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları həmin şəxsləri saxlayaraq şöbəyə aparıblar. Məlum olub ki, gənclər gecə saatlarında sərxoş halda küçəni süpürən qadına nalayiq təkliflər ediblər və onun özləri ilə birgə getməsini istəyiblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Hər iki şəxs sərxoş halda olmalarını bildiriblər və törətdikləri əmələ görə üzrxahlıq ediblər.

Saxlanılan şəxslər Sabirabad Rayon Məhkəməsinə göndərilib və onların hər birinə 15 sutka inzibati həbs cəzası verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumatı təsdiq ediblər.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam