Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eldar Mahmudovun oğlunun holdinqi, lüks avtomobillər...

 

Azərbaycanda holdinqlərin, şirkətlərin məmurlara yaxın olması heç kimə sirr deyil. Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən, “Caspian Crystal” şirkətlər qrpunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur.
"Xeberinfo.com":   Məlumata görə, “Caspian Crystal” holdinqin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur.
“Marja”nın araşdırması nəticəsində məlum oldu ki, “Caspian Crystal” bir neçə istiqamətdə ixtisaslaşıb – katerinq, qida, restoranlar və avtomobil satışı.

EKSKLÜZİV ŞƏRABLAR SATIR

slide4

“Kaspian Kristal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklyuziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – “Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 2 butik fəaliyyət göstərir. “Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı yaradılmışdır. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanmışdır. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştəriləri üçün nəzərdə tutulmuşdur.

LÜKS QƏDƏHLƏR SATIR

“Kaspian Kristal” (Caspian Crystal) şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı “Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur.

QASTRANOMLARI MÖVCUDDUR

slide2

“Caspian Crystal” şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklyuziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaratmış və “Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açmışdır. Hazırda “Gastronomy-1″, “Gastronomy-2″ və “Gastronomy-3″ mağazaları fəaliyyət göstərir.

DƏBDƏBƏLİ RESTORANLAR YARADIB

slide3

Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal” – “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaratmışdır.

KATERİNQ XİDMƏTİ DƏ GÖSTƏRİR

slide1

“Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşmışdır. Şirkət quruda olduğu kimi neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidməti göstərir.

LÜKS AVTOMOBİLLƏR SATIR

9efa3-IMG_6707

Azərbaycanda “Range Rover”, “Jaguar”, “Maserati” avtomobillərinin və “Dicati” motesikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqə bağlıdır.
“Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal” plazada yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam