Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Azərbaycanda bir ildə qızılcaya -YOLUXMA SAYI

 

Ötən il qeydə alınmış xəstəliklər arasında endokrin sistemin xəstəlikləri, sinir sistemi xəstəlikləri, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Bu barədə Yenixeber.org-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Qeyd olunub ki, uşaqlar yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.

Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara ilə (39,1 faiz), ağciyər vərəmi ilə (4,2 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (0,8 faiz), sifilis ilə (0,4 faiz) xəstələnmə halları azalıb.

Göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit,  epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.

Bununla yanaşı, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

Rəsmi məlumatda qeyd edilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə olunub. Əgər 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınmışdısa, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam