Redaktor seçimi
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Günün xəbəri

Bu şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq

Vəzifə hərisinə qulaqburması

Miqrasiya orqanlarında sınaq müddəti müəyyən edilmiş şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və həmin müddətdə yalnız vəzifə maaşı alacaqlar.

Yenixeber.org: Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, ilk dəfə miqrasiya orqanlarına qulluğa qəbul edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 3 aydan 6 aya qədər sınaq müddəti (kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız üç aylıq sınaq müddəti) müəyyən edilir.

Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaq.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam