Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

İsrail İranı günahlandırdı -SƏBƏB

The Wall Street Journal: İsrail, İran'ı vurdu! - Gazikent27 - Son Dakika  Haberler
İsrail hökuməti Yəmən husiləri tərəfindən “Galaxy Leader” yük gəmisinin ələ keçirilməsini pisləyir və hücumda İranı günahlandırır.
Yenixeber.org: Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
"Biz İranın beynəlxalq gəmiyə hücumunu qətiyyətlə pisləyirik. Britaniya şirkətinə məxsus olan və Yapon şirkəti tərəfindən idarə olunan gəmi Yəməndə husi qoşunları tərəfindən İranın istəyi ilə ələ keçirilib".
Netanyahunun ofisinin məlumatına görə, gəminin göyərtəsində müxtəlif millətlərdən olan 25 ekipaj üzvü, o cümlədən ukraynalılar, bolqarlar, filippinlilər və meksikalılar var. Ancaq gəmidə heç bir israilli yoxdur.
"Bu, İranın daha bir terror aktıdır və İranın azad dünya vətəndaşlarına qarşı təcavüzündə irəliyə doğru bir addımdır və qlobal gəmiçilik zolaqlarının təhlükəsizliyi ilə bağlı beynəlxalq nəticələr yaradır", - ofis əlavə edib.
Bundan əvvəl “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat vermişdi ki, Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı Ədən körfəzi sularında “Galaxy Leader” yük gəmisini ələ keçirib.
Əvvəlcə bunun İsrail gəmisi olduğu bildirildi, lakin tezliklə bu məlumat İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti tərəfindən təkzib edildi. Onun sözlərinə görə, bu, “Türkiyəni tərk edən və İsraillilər olmadan beynəlxalq mülki heyətlə Hindistana gedən bir gəmidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam