Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Sabahdan qrafik dəyişir - Sürücülərin nəzərinə

“Sabahdan qrafik dəyişir - Sürücülərin nəzərinə

Oktyabrın 1-dən rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış vaxtı dəyişir.

 

  "Xeberinfo.com": Əldə etdiyimiz məlumata görə,sabahdan yük və rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılması qış rejiminə dair fərqli qrafik əsasında həyata keçiriləcək.

    Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının verdiyi yeni qərara əsasən sözügedən avtomobillər səhər saat 07:00-dən axşam saat 21:00-dək paytaxta buraxılmayacaq. Həmin minik və yük maşınları axşam saat 21:00-dan səhər saat 7:00-ə qədər şəhərə daxil ola biləcək.

    Bu avtodayanacaqlardan biri Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, digəri isə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığında yaradılıb.

Hazırda rayon qeydiyyatında olan avtomobillər həmin dayanacaqlarda saxlanılır, sürücülər və sərnişinlər isə pulsuz avtobuslarla yaxınlıqdaki metro stansiyalarına çatdırılır.

Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam