Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ərdoğan bu səfərdən qəsdən imtina edib...

Azərbaycan-Türkiyə qardaşlığı tarixi mərhələdə - İlham Əliyev və Ərdoğan  fenomeni...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün xəstə olması barədə xəbərlər fonunda ictimaiyyət qarşısına çıxıb.

Yenixeber.org: Ərdoğan günortadan sonra hakim partiyanın Ankaradakı qərargahına gəlib. Televiziyaların canlı olaraq yaydığı görüntülərdə Ərdoğanın sərbəst şəkildə maşından düşdüyü, partiya üzvləri ilə görüşdüyü və sonra iclasın keçiriləcəyi binaya daxil olduğu görünür.

Qeyd edək ki, bu gün media Türkiyə liderinin “xəstə olduğu üçün” İspaniya səfərindən imtina etdiyini, AKP-nin qrup toplantısının isə təxirə salındığını yazmışdı.

AKP-nin qrup toplantısı təxirə salınmayıb, Ərdoğan isə xəstə olmadığını, İspaniya səfərindən qəsdən imtina etdiyini nümayiş etdirib.

Qeyd edək ki, İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində Fransa, Almaniya, AB, Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilirdi. Azərbaycan Prezidenti bu görüşdə Türkiyə liderinin iştirakını təkid edib, Fransa və Almaniya isə buna qarşı çıxıb. Buna görə də Prezident İlham Əliyev nümayişkaranə surətdə görüşdən imtina edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam