Yenixeber.org: Sentybarın 22-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşəbbüsü ilə müxtəlif universitetlərin beynəlxalq əlaqələr üzrə rəhbər şəxslərinin iştirakı ilə şəbəkələşmə görüşü keçirilib.
Görüşün əsas məqsədi qlobal dünyada yeni iqtisadi çağırışlara cavab verən rəqabət qabiliyyətli mütəxəssislərin yetişdirilməsi və insan kapitalının davamlı inkişafına nail olmaq üçün ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi haqqında ətraflı müzakirələr aparılması olub.
Görüş zamanı iştirakçılar tərəfindən beynəlmiləlləşmənin aparılması ilə bağlı gündəlik təcrübələr, qarşılaşdıqları çətinliklər, mövcud və gələcək layihələr haqqında ətraflı fikir mübadiləsi aparıldı.
Görüşün sonunda beynəlmilləşmə üzrə məsul şəxslər arasında əlaqələrin effektivliyinin artırılması, şəbəkələşmə görüşlərinin mütəmadi keçirilməsi və müxtəlif kommunikasiya kanalları üzərindən ünsiyyətin davam etdirilməsi razılaşdırılıb.