Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

İcra başçısının sabiq müavini həbs edildi -SƏBƏB

icra-bascisinin-sabiq-muavini-hebs-edildi

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 221 və 315-ci (xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət) maddələri ilə iş başlanılıb. Məhkəmənin qərarı ilə Hirkan qəsəbə sakini olan X.Rəhimov barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, X.Rəhimov 2 gün əvvəl idarə etdiyi “Mercedes” markalı avtomobilin sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Gərmətük qəsəbəsi ərazisində yol polisi tərəfindən saxlanılıb. Bu zaman o, polisə müqavimət göstərib və zorakılıq edib. Bu səbəbdən polis şöbəsinə aparılıb. Saxlanılandan sonra tibbi müayinədən keçirilib və onun sərxoş olması müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı açılmış cinayət işinin materialları aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı cenublu.az saytı yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam