Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

Ermənistan Zəngəzur dəhlizini açmasa, məcbur edəcəyik -Səfir

 "Ermənistan Zəngəzur dəhlizini açmalıdır, bu, onun borcudur". 

Yenixeber.org:  Bunu Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Strateji Düşüncə İnstitutu tərəfindən təşkil olunmuş "Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi" adlı paneldəki çıxışı zamanı deyib. 

"Zəngəzur dəhlizi strateji bir yoldur. Bu, bizim təbii haqqımızdır. Öz torpaqlarımız bizdən alınıb Ermənistana verilib. Lakin müharibədən sonra imzalanan bəyanata görə, Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxarılmalı, bütün kommunikasiya yolları açılmalı və Azərbaycanla Naxçıvan arasında əlaqə bərpa olunmalıdır. Müharibəni uduzundan sonra bunu imzaladılar. Amma nə yol açıldı, nə də ordu qalıqları çıxarıldı. Biz ordunu dağıtdıq, məhv etdik. Zəngəzur dəhlizini açmasalar, Azərbaycan buna məcbur edəcək. Ermənistana bu yolu açdıracaq. 38 kilometrlik o yolun açılması bizim təbii haqqımızdır. Türkiyə və Azərbaycan arasındakı məsafə 38 kilometrə enəcək", - diplomat bildirib. 

"Bu, Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün də önəmlidir. Türkiyə şərqlə qərb arasında əlaqə quracaq", - deyə səfir əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam