Azərbaycanda seçicilərin sayı AZALIB
Azərbaycanda seçicilərin sayı açıqlanıb.
Yenixeber.org: Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
O deyib ki, ölkədə səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var. Onların 3 milyon 005 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 057 nəfəri isə qadındır (52,56%).
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının ötən il yaydığı məlumatda Azərbaycanda seçicilərin sayının 6 401 955 nəfər olduğu bildirilib (onların 47,18 faizi kişi, 52,82 faizi isə qadınlardır).









AZ
RU