Yenixeber.org: “Kiyev Şurası SSRİ-nin baş katibi Leonid Brejnevi Kiyevin fəxri vətəndaşı adından məhrum edib”, - deyə məlumatda deyilir.
Bundan əvvəl bildirilmişdi ki, son sutka ərzində Ukraynanın qərbindəki Zakarpat və Lvov vilayətlərində sovet əsgərlərinə ucaldılmış 5 abidə sökülüb.
Mayın 3-də Ukrayna Ali Radası Rusiya və SSRİ ilə əlaqəli abidələrin və digər tikililərin sökülməsi prosedurunu sadələşdirən qanun qəbul edib. Söhbət “Mədəni irsin mühafizəsi haqqında” qanuna dəyişiklikdən gedir.
Brejnev Kiyevin fəxri vətəndaşı titulundan məhrum edildi
Kiyev Şurasının deputatları Sov.İKP MK-nın baş katibi Leonid Brejnevin Kiyevin fəxri vətəndaşı titulundan məhrum edilməsinə səs veriblər. Bu barədə “Strana” nəşri məlumat yayıb.








AZ
RU