Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Nazirlikdə gizli intim videolar çəkən polkovnikə hökm oxundu -zərərçəkənlər narazıdır

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi,  polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda Zaur Mirzəyevə hökm oxunub.

Hökmə əsasən Zaur Mirzəyev verilmiş ittihamla təqsirli bilinərək  3 il 6 ay azadlıqdan məhrum edilib.

İş üzrə zərərçəkənlər hökmdən narazı qalıblar və onların apelyasiya şikayəti verəcəkləri ehtimalı böyükdür.

Xatırladaq ki, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Qeyd olunan əməllərə görə, Zaur Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığı vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma) və 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddələri ilə ittiham irəli sürülüb,  barəsində həbs qətimkan tədbiri seçilib.(musavat)

E.Məmmədəliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam