Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Aşqabadda Azərbaycan milli mətbəxinin nümunələri təqdim olundu -FOTO

Mayın 6-da Aşqabad Beynəlxalq Məktəbində “Beynəlxalq Milli Mətbəx Festival”ı keçirilib. 

Yenixeber.org: Bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib. 

Məlumata görə, hər il olduğu kimi bu il də Azərbaycanın Türkmənistandakı Səfirliyi ölkəmizi “Beynəlxalq Milli Mətbəx Festival”ında təmsil edib. Azərbaycan guşəsi dövlət bayrağımızla bəzədilib. 

Festivalda Azərbaycanın Türkmənistandakı Səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub. Milli yemək və şirniyyatlarımız - plov, dolma, dovğa, qutab, paxlava, şəkərbura, qoğal haqqında qonaqlara məlumat verilib, onlar bu təamları dadmağa dəvət ediliblər. 

Həmçinin, tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, xalça sənəti, incəsənəti və turizm potensialı ilə bağlı kitab və broşürlər nümayiş etdirilib və paylanılıb. 

Ölkəmizlə bağlı foto-açıqcalar, suvenirlər, sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görməli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, milli geyimlər, tikmə nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam