Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Azərbaycan mədəniyyətinin 2020-2040-cı il inkişaf strategiyası hazırlanır-Nazir

Azərbaycan mədəniyyətinin 2020-2040-cı il inkişaf strategiyası sənədi hazırlanır. Ümid edirik bu forumda səsləndirilən fikirlər, təkliflər həmin strategiyaya öz töhfəsini verəcək.

Yenixeber.org: Bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

“Cəmi 10 gün bundan öncə burada Teatr forumu təşkil edilmişdi. Teatr sahəsində dəyərli insanlar bir araya gələrək müzakirələr aparmışdılar. Ümid edirik Kino forumunda da müzakirələr əsnasında problemlərin həlli yolları müəyyən ediləcək”, - nazir əlavə edib.

O bildirib ki, forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən təşkil edilib: “Burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri müzakirə etmək, eyni zamanda perspektivləri müzakirə etmək, onların həlli yollarını düşünməkdir”.

Nazir vurğulayıb ki, Heydər Əliyevin 100 illiyi çərçivəsində bu il mədəniyyətin digər sahələrinə aid forumlar da keçiriləcək: “ Azərbaycan mədəniyyətinin inkişaf istiqamətində işlər görüləcək, “Azərbaycan mədəniyyətin inkişaf strategiyası 2020-2040” sənədinin hazırlanması istiqamətində fəaliyyəti sizinlə həyata keçirəcəyik. Bu baxımdan forumun böyük əhəmiyyəti var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam