Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

ASAPES-də “Təhsildən səngərə, səngərdən əbədiyyətə” kitabının təqdimatı olub -FOTOLAR

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Təhsildən səngərə, səngərdən əbədiyyətə” kitabının təqdimat mərasimi keçirilib. Kitab İdman Akademiyasının I və II Qarabağ müharibəsində şəhid olan tələbə və məzunlarına həsr edilib.
Yenixeber.org: ASAPES-in şəhid tələbə və məzunlarının ailə üzvləri, qazilər, Akademiyanın professor-müəllim heyəti, inzibatı işçilər və tələbələrin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Vətən müharibəsində Akademiya“ adlı film nümayiş olunub.
Təqdimat mərasimini giriş sözü ilə açan ASAPES-in rektoru Fuad Hacıyev qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan döyüş əməliyyatları, xalqımızın birliyi, 44 günlük Vətən müharibəsinin şəhid və qaziləri haqqında danışıb, həmçinin Akademiyanın tələbə və məzunlarının döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edib.
Tədbir zamanı “Azərbaycan Vətən müharibəsi veteranlari” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, şair Tapdıq Əlibəyli, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov, şair-publisist Həsən Qaradağlı, şəhid Ürfan Orucovun anası Şərqiyyə Orucova və şəhid Ramil Yusif-zadənin anası Reyhan Yusifova çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüblər.
Sonda müəllif Dilqəm Quliyev kitabın necə ərsəyə gəlməsindən danışıb və tədbirin təşkili üçün Akademiya rəhbərliyinə, eləcə də qonaqlara təşəkkürünü bildirib.
×

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam