Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Növbəti üç gündə rayonlarda yağış yağacaq

 

Bayram günlərində rayonlarda gözlənilən hava şəraiti açıqlanıb.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Qəbələ rayonunda bəzi yerlərdə az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 16-19° isti olacaq.

Şahdağda havanın arabir az yağıntılı olacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.
Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.

İsmayıllı rayonunda arabir az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.
Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 15-18° isti olacaq.

Lənkəran rayonunda arabir yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.

Şəki rayonunda arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-19° isti olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam