Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Teymur Quliyev:"SOCAR bu il "yaşıl enerji" ilə bağlı hədəflərini müəyyənləşdirəcək"

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın 6 ay ərzində "yaşıl enerji" ilə bağlı öz hədəflərini müəyyənləşdirəcək.

Yenixeber.org: Bunu SOCAR-ın nümayəndəsi Teymur Quliyev "Yaşıl hidrogen - karbonsuzlaşmaya aparan yol" adlı seminarda deyib.

T. Quliyev qeyd edib ki, hazırda SOCAR "yaşıl enerji" ilə bağlı beynəlxalq konsaltinq şirkəti ilə əməkdaşlıq edir: "Bura az karbon emissiyası, istixana və qaz tullantılarının azaldılması daxildir. İstəyirik ki, reytinqlərdəki hədəflərə uyğunlaşaq.

Paralel olaraq "Masdar", "Aqua Power", bp kimi şirkətlərlə müqavilələr imzalamışıq. Azərbaycanda hidrogen istehsalı ilə bağlı, xüsusilə neft-kimya sahəsində yerli tələblər var. Avropanın da hidrogenlə bağlı böyük ümidləri var. Bazar təhlilləri göstərir ki, onların hidrogen tələbləri artacaq.

2030-cu ilə qədər bu ehtiyacın 1,5 milyard ABŞ dollarına qədər artacağı gözlənilir. Buna görə də bizim Avropaya hidrogen ixrac etmək planlarımız var".

SOCAR-ın nümayəndəsinin sözlərinə görə, hidrogenin Avropaya çatması üçün qanunvericilik və digər sahələrdə bəzi kiçik maneələr var ki, onlarla bağlı tədqiqatlar aparılır: "Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi ilə də bağlı tədqiqatlar aparılır. Bu tədqiqatların nəticələri 2024-cü ilin ortalarında məlum olacaq. Biz beynəlxalq tərəfdaşlarımızın təcrübəsindən, xüsusilə də texniki aspektlərilə bağlı çox məsələləri öyrənməyə hazırıq".

Qeyd edək ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam