Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Milli Depozit Mərkəzinin Müşahidə Şurası yenidən formalaşdırılıb

 

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına (MŞ) yeni sədr və sədr müavini təyin edilib.

Yenixeber.org: Bunlar, Azərbaycan Mərkəzi Bankının (AMB) Daxili audit departamentinin direktoru Elçin Əlizadə (sədr) və Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimovadır (sədr müavini).

Onlar MDM-in rəhbərliyində müvafiq olaraq AMB-nin Baş direktoru Əli Əhmədovu və Kapital Bazarlarına Nəzarət Siyasəti və Nəzarət Departamentinin direktor müavini Samir İsmayılovu əvəz edib.

MŞ-nın digər 2 üzvü isə əvvəlki qaydada “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin direktoru Nadir Babazadə və "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin Satış və treydinq bölməsinin rəhbəri Elçin Məmmədovdur.

Xatırladaq ki, MDM ölkə ərazisində qiymətli kağızların saxlanılması, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsi məqsədi ilə yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam