Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sahib Məmmədov:"ƏDV geri al" mexanizmi kassa dövriyyələrini şəffaflaşdırıb"

 

Azərbaycanda "ƏDV geri al" mexanizminin tətbiqi kassa dövriyyələrinin şəffaflaşmasına gətirib.

Yenixeber.org: Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün "İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu" mövzusunda keçirilən konfransda deyib.

"Kölgə iqtisadiyyatı ilə effektiv mübarizə üsullarından olan "ƏDV geri al" layihəsinin istehlakçılarının hüquqlarının müdafiəsinə yönəldiyinin şahidi oluruq. Əvvəllər bəzən ödəniş qəbzlərinin itirilməsi və ya sahibkarlar tərəfindən təqdim edilməməsi istehlakçıların hüquqlarının pozulmasına gətirirdi. Artıq bank tətbiqləri vasitəsilə bu problem aradan qaldırılıb.

Ümumilikdə dövlət qurumları tərəfindən istehlakçılara göstərilən xidmətlərin keyfiyyəti son illər əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ölkədə həyata keçirilən tədbirlər məhz istehlakçı hüquqlarının qorunmasına yönəldilib", - deyə S.Məmmədov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam