Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Azərbaycanın Türkiyədəki səfiri Qaziantepə gedib

 

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Qaziantepə gəlib.

Yenixeber.org: Bu barədə Qaziantepdə olan əməkdaşı məlumat verir.

Belə ki, Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardımı aparan təyyarə Qaziantep Hava Limanına enəcək.

Səfir yardımın qəbul edilməsində iştirak etmək üçün Qaziantepə gəlib.

Faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə Qaziantep Hava Limanından qəbul olunacaq.

Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərərçəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq.

Hava limanında olan Qaziantep valisinin müavini Muhammet Önerin "Report"un Türkiyə bürosuna verdiyi məlumata görə, humanitar yardım Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Qaziantep şöbəsindən koordinasiya olunaraq zəlzələdən zərər çəkən bölgələrə paylanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam