Redaktor seçimi
İki müsəlmanı Çin barışdırır… Bəs, Rusiya nəyə sevinir? -
Tehrandan Ağ evə “birbaşa danışıqlar” ismarışı… -
Qarabağda antiterror əməliyyatı qaçılmazdır -
Ölümə göndərilənlər çarı salamlamır - 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kök salmış Qasımovlar klanı -
I Pyotrun erməni sevgisi:
Azərbaycanın Türkiyədəki səfirliyində YEYİNTİ FAKTLARI... -
ABŞ-ın Rusiyaya nüvə cavabı:
Günün xəbəri

Azərbaycan neftinin qiyməti 85 dollardan aşağı düşüb

 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,27 ABŞ dolları, yaxud 2,63 % azalaraq 84,14 ABŞ dolları təşkil edib.

Yenixeber.org:Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 82,17 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam