Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Bu Gömrük Xidmətinin rəhbərliyi də istefaya göndərildi -YENİLƏNDİ

Ukraynada Gömrük Xidmətinin rəhbərliyi də istefaya göndərildi

Ukraynada Gömrük Xidmətinin rəhbər heyətinin istefaya göndəriləcəyi gözlənilir.

Yenixeber.org: Bu barədə məlumatı ölkənin “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya öz teleqram kanalında paylaşıb.

Ukraynalı biznesmen Seyar Kurşutov da öz növbəsində Gömrük Xidmətinin rəhbəri Vyaçeslav Demçenko və onun müavinləri Ruslan Çerkasskiy və Aleksandr Şuçkiyin istefaya göndəriləcəyini bildirib. Onun sözlərinə görə, Gömrük Xidmətinə müvəqqəti olaraq Sergey Zvyaqinçev rəhbərlik edəcək.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə kadr dəyişikliyinin davam etdiriləcəyini açıqlayıb. Bundan əvvəl isə, yanvarın 24-ü Ukraynada bir neçə nazir müavini və vəzifəli şəxslər istefaya göndərilib.

17:50

“Ukrainskaya pravda”nın məlumatına görə, ölkənin Nazirlər Kabineti bu gün keçirilən iclasında Dövlət Gömrük Xidmətinin rəhbəri Vyaçeslav Demçenko, müavinləri Aleksandr Şuçkiy və Ruslan Çerkasskiy, eləcə də Dövlət Vergi Xidmətinin vəzifələrini icra edən Tatyana Kirienko istefaya göndərilib. 

Sözügedən şəxslərin istefaya göndərilmə səbəbi açıqlanmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam