Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

 CANLI EFİRDƏ QALMAQAL -SKY  Xəbər aparıcıları siyasətçinin çıxışını yarımçıq kəsdi

 Liz Storer deyib ki, Ukrayna prezidenti sonsuz döyüşlər fonunda “böyük oyun”da sadəcə bir piyadadır. Ancaq onun sözləri, görünür, aparıcıların ürəyincə olmayıb.

“Yenixeber.org”  md.tsargrad.tv-yə istinadən məlumat verir ki, “Sky News” kanalının “Geçmiş debat” verilişinin yayımı jurnalistlərlə verilişin qonaqları arasında mübahisə zamanı kəsilib. “Advance Australia” lobbi təşkilatının milli direktoru Liz Storer öz mövqeyini əsəbi şəkildə müdafiə edib, rəqiblərinə özlərini ifadə etməyə imkan verməyib. Ukraynadakı hərbi əməliyyatlar mövzusunu müzakirə edən siyasətçi Ukrayna Silahlı Qüvvələrinin uğurlarına açıq şəkildə şübhə ilə yanaşıb.

Storer açıq şəkildə bildirib ki, ABŞ-ın inadkar müdaxiləsi olmasaydı, münaqişə çoxdan öz məntiqi nəticəsinə çatardı. Üstəlik, o, Ukrayna ordusunun qələbəyə doğru getdiyinə dair hər hansı əlaməti görmədiyini açıqlayıb. Onun sözlərinə görə, Qərb Ukraynaya milyardlar göndərir, lakin onların nəyə sərf olunduğunu heç kim bilmir.

Üstəlik, siyasətçi Zelenskini Ukrayna münaqişəsi ilə bağlı piarda ittiham edib.

Aparıcılar deyilənlərin hamısını zarafata çevirməyə çalışsalar da, siyasətçi həmsöhbətlərin əhval-ruhiyyəsini dəstəkləməyib və əsəbiləşməkdə davam edib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatın başlandığını elan edib. Onun sözlərinə görə, bu, Donbass sakinlərinin müdafiəsi zərurəti ilə bağlı olub. O qeyd edib ki, Rusiyanın başqa seçimi yoxdur. Qərb Moskvanın hərəkətlərini pisləyib, Kiyevi maliyyə yardımı və silahla dəstəkləməyə qərar verib. Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Ukraynada keçirilən xüsusi əməliyyatın coğrafi vəzifələri dəyişib və onlar təkcə Donbass əraziləri daxilində tamamlanmayacaq.

Avropa hələ də əmindir ki, sanksiyalar rusları dayandıra bilər və buna görə də öz qərarlarının iqtisadiyyatlarına itkiləri və dağıdıcı təsiri olacaq. Avropadakı hörmətli vətəndaşlar anlaya bilmirlər ki, nə üçün mağazalarda qiymətlər, eləcə də yanacaq bahalaşır. Kiyev hakimiyyəti Kremllə danışıqlar masası arxasına oturmaq üçün niyə güzəştə getmir?

Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam