Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Redon Cica:"Qarabağ"a pula görə gəlməmişəm"

“Qarabağ”a transferi daha güclü komandaya keçmək üçün yaxşı fürsət kimi görürəm. Bura pula görə gəlməmişəm”.
Yenixeber.org:  Bunu “Qarabağ”ın qış transfer dönəmində heyətinə qatdığı Redon Cica ölkəsi Albaniyanın “Sport Magazine” proqramına açıqlamasında deyib.
Premyer Liqanın XX turunda “Şamaxı” (3:1) ilə görüşün 64-cü dəqiqəsində meydana daxil olaraq Ağdam klubunun heyətində debüt edən 25 yaşlı futbolçu buna görə şad olduğunu bildirib: “Qarabağ”da debüt etmək çox xoş idi. Kollektivə yaxşı uyğunlaşıram, “Şamaxı” ilə matçda komanda yoldaşlarımla bir-birimizi başa düşürdük. Futbolçulara yaxınlaşmağın çətin olacağını düşünürdüm, amma hamı məni çox yaxşı qarşıladı”.
Albaniya klubu “Tirana”dan transfer edilən Cica baş məşqçi Qurban Qurbanovun ondan çox şey gözlədiyini söyləyib: “Baş məşqçi ilk gündə mənə dedi ki, sənə inanırıq. Məni izlədiklərini, bacarıqlarımı bəyəndiklərini bildirdi. “Şamaxı” ilə matçda iştirak etdiyim üçün də təbrik etdi”.
O, yaşadığı evlə təlim-məşq bazası arasında 20 dəqiqəlik yol olduğunu əlavə edib: “Yaşadığım evdən məşq meydançasına maşınla təxminən 20 dəqiqəlik yoldur. Məşqdən sonra evə qayıdırıq. İlk həftədə təlim marşrutunu tapmaq üçün GPS-dən istifadə etdim”.
Cica hədəfinin uzun müddət “Qarabağ”ın formasını geyinmiş həmyerlisi Ansi Aqolli kimi klubun tarixinə düşmək olduğunu deyib: “Ansi Aqolli burada əfsanə idi. Təkcə futbolçu kimi yox, ümumiyyətlə, onu çox sevirdilər. Ümid edirəm ki, bir gün məni də Aqolli kimi sevəcəklər”.
Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam