Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

ABŞ Ukraynaya zirehsiz tanklar göndərəcək -Bu tanklar gizli avadanlıqlarından təmizlənir

KİV:    "ABŞ Ukraynaya zirehsiz tanklar göndərəcək"
ABŞ Ukraynaya M1A2 Abrams tanklarının təkmilləşdirilmiş variantını “ixrac” formasında göndərməyi planlaşdırır.
Yenixeber.org: Lakin Ukraynaya göndərilməsi planlaşdırılan 31 "Abram"da tankın yeni versiyasını “belə ölümcül” edən gizli zirehlər yer almayacaq. Qəzetin mənbələri qeyd edir ki, federal siyasət "Abrams"ın tərkibində tükənmiş uran olan məxfi zireh dəstləri ilə ixracını qadağan edir. Bu tanklar başqa ölkələrə satılmazdan əvvəl gizli avadanlıqlarından təmizlənir.

Tankın "Abrams A2" versiyası ABŞ ordusunun yaxın bir neçə ildə istismardan çıxarmaq niyyətində olduğu köhnə A1 versiyasından daha yaxşı optika və idarəetmə vasitələrinə malikdir. Döyüş maşınının yeni informasiya sistemi tanklar arasında davamlı və avtomatik məlumat mübadiləsi aparmağa imkan verir. Maşının komandaları həmçinin müttəfiqlərin yerini tez bir zamanda izləyə, düşmən mövqelərini təyin edə və artilleriya tələblərini icra edə bilər.


"Abrams" tankları yalnız bir yerdə - Ohayo ştatının Lima şəhərində yerləşən "General Dynamics" dövlət zavodunda yığılır. Zavod ayda 12 tank istehsal edə bilər. "Politico"nun məlumatına görə, hazırda zavod Tayvan və Polşa üçün sifarişlərin yerinə yetiriılməsi ilə məşğuldur.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Ukraynaya "M1 Abrams" tanklarından ibarət bir batalyon köçürəcəyini bildirmişdi.(“Politico”)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam