Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Nazirlikdən kassada alıcıların aldadılması məsələsinə -Reaksiya


Daha əvvəl mağaza vitrinlərində əks olunan qiymətlərlə kassada təqdim olunan məbləğlər arasında fərqlərin olması barədə xəbər vermişdik. Belə ki, marketə daxil olan alıcılar bəzi hallarda vitrində gördüyü qiymətlə kassada qarşılaşdığı məbləğ arasında ciddi fərqin şahidi olur. Çox vaxt öz hüququndan xəbərsiz olan vətəndaş tələb olunan məbləği ödəməli olur. Xüsusən alış-veriş zamanı müştəri çoxlu ərzaq alırsa, bu zaman çekdəki qiymətlərlə piştaxtada gördüyünün arasındakı dəyişkənliyin fərqində belə olmur.

Yenixeber.org: Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən bildirilib ki, satıcı alıcını maraqlandıran malın qiyməti barəsində istehlakçıya düzgün məlumat verməlidir:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti barəsində istehlakçıya düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı və onun doldurulma tarixi olmalıdır.
Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulması, yəni malın (xidmətin) hesabına dair istehlakçıların aldadılması hesab olunur”.
Nazirlikdən təqdim olunan açıqlamaya əsasən, belə olan hallarda müxtəlif cəimələr də tətbiq edilir:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.
Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkarlar tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların xeyli miqdarda aldadılmasına görə üç min manatdan beş min manatadək cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlərə cəlb olunma nəzərdə tutulur”.
Açıqlamada qeyd olunub ki, pozuntu halları ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan istehlakçıların müraciətləri əsasında araşdırmalar aparılır və müraciətdə yetərli faktlar olduğu halda, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür:
“Daxil olmuş şikayətlərin araşdırılması nəticəsində istehlakçıların hesabda aldadılması faktı ilə bağlı 2022-ci ildə 10, ilin əvvəlindən isə 2 sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.
İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və ya rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam