Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Xankəndidə ermənilərin TALON-MALON oyunu... -Bəs Vardanyanın milyardları NƏ OLDU?

 

Dünən - yanvarın 20-dən Qarabağın dağlıq hissəsində qanuni-qanunsuz məskunlaşmış hayklara 5 növ ərzağın talonla verilməsinə başlanıb. Xankəndindəki hayklar bildiriblər ki, mağazalarda talonla satılan məhsulların hamısı yoxdur. Separatçı relim talonla alına bilən məhsulların qiymətlərinə limit qoyub.
Yenixeber.org:  "Kavkazski uzel" nəşrinin yaydığı məlumata görə, guya "ərzaq çatışmazlığı səbəbindən əsas məhsulların buraxılışı üçün talon sistemi tətbiq edilib. Günəbaxan yağı (adambaşı 1 litr), makaron, düyü, şəkər və qarabaşaq yarması (adambaşı 1 kiloqram) talonlara əsasən paylanacaq. Sakinlər əvvəlcə talonları yanvarın 17-dən almağa başlamalı idilər, lakin elektrik enerjisində problem yarandığından onların verilməsi yubanıb. Yanvarın 18-də talon almaq üçün növbələr düzülüb".
Rejim mənsubları "möhtəkirliyə yol verməmək üçün talonlarla verilən əsas ərzaq məhsullarının qiymətləri üçün limit müəyyən edib. Belə ki, düyü üçün maksimum qiymət 510 dram (təxminən 1,29 ABŞ dolları), qarabaşaq yarması üçün 630 dram (1,6 ABŞ dolları), makaron üçün 440 dram (1,11 ABŞ dolları), şəkər tozu üçün 530 dram (1,34 dollar), bitki yağı üçün - 940 dram (təxminən 2,37 dollar) müəyyən edilib"- xəbərdə belə deyilir.
P.S. Beləliklə Kremlin, Putin rejiminin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan, yəni "sülhməramlı"ların Azərbaycan torpaqlarına yeridilməsindən sonra başlanan ssenarisinə uyğun olaraq 1988-1991-ci illərdə olduğu kimi, yenidən Laçından keçən "həyat yolu" "bağlı qalan", "acından ölən", "qazsız, susuz, işıqsız, "atəş altında qalan" "əzabkeş erməni xalqı" obrazı yaratmaq və Qarabağla bağlı Azərbaycan-Ermənistan qarşıdurmasını daha on illərlə uzatmağa xidmət edən proses "uğur"la davam edir. Moskvanın milyarder "desantı" Ruben Vardanyanın da "dövlət naziri" kimi ən böyük uğurları Laçın yolunun Rusiya tərəfindən bağlanmasına və ərzağın talonla verilməsi oldu... (dia.az)

Xankəndidə ermənilərin TALON-MALON oyunu...
Xankəndidə ermənilərin TALON-MALON oyunu...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam