Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sülhməramlıların Xankəndidən çıxartdığı məşhur kriminal avtoritetlər kimdir? –Təfərrüat


Təxminən bir həftə əvvəl Rusiya sülhməramlıları Xankəndidə olan “Noratusun” ləqəbli Ara və Alik Banduryan qardaşlarını və bir neçə başqa şəxsi Xankəndidən çıxararaq Ermənistana aparıb.
Yenixeber.org: Kriminal avtoritetlər Laçın dəhlizinin bağlanmasından qısa müddət əvvəl Xankəndinə gediblər. Yol bağlandıqdan sonra Ermənistana qayıda bilməyiblər. Yalnız bir həftə əvvəl Rusiya sülhməramlılarının avtomobili ilə Xankəndidən çıxarılıblar.

Ermənistan mətbuatı yazır ki, Banduryan qardaşları ilə birgə Xankəndidən çıxarılan “Tarzan” ləqəbli şəxs Ermənistana gəldikdən sonra Kotayk vilayətinin Çarensavan rayonu ərazisində yanacaqdoldurma məntəqəsinə basqın edib və daha sonra İrəvandan gələn xüsusi təyinatlı polislər tərəfindən həbs olunub.
Məlumat üçün bildirək ki, Banduryan qardaşları keçmiş post-sovet ölkələri arasında tanınmış kriminal avtoritetlərdən hesab olunurlar. 2013-cü ildə qətlə yetirilən “Ded Xasan” ləqəbli məşhur kriminal avtoritet  Aslan Usoyanın qruplaşmasına daxil olan Banduryan qardaşları dəfələrlə müxtəlif cinayətlərdə ittiham olunublar. Ara və Alik Banduryan qardaşlarının Ermənistanda siyasətçilərlə çox yaxın münasibətlərinin olduğu bildirilir. 2016-cı ildə 2 nəfərin qətlində şübhəli bilinərək həbs olunan zaman Ermənistan parlamentinin onlarla deputatı Banduryan qardaşlarının zaminə buraxılması üçün məhkəməyə müraciət edib.
Ermənistan mətbuatı yazır ki, Banduryan qardaşları Xankəndinə hansısa sənədləşmə işləriylə bağlı gediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam