Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ-da ilk dəfə Azərbaycan haqqında nəşrlər ictimai kitabxana sisteminə daxil edilib

 

ABŞ-ın Florida ştatında ilk dəfə olaraq Azərbaycan haqqında kitablar ictimai kitabxana sisteminə daxil edilib.

Yenixeber.org: Ölkəmiz haqqında kitablar Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası tərəfindən ABŞ-ın tarixi kitabxanalarından biri olan “Mayami-Dade Xalq Kitabxanası”nın əsas filialına (“The Miami-Dade Public Library”) bağışlanılıb.

Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovanın reallaşdırdığı layihə çərçivəsində kitabxanaya hədiyyə olunan nəşrlər ölkəmizin tarixi keçmişindən, zəngin təbiətindən, təbii sərvətlərindən, milli adət-ənənələrindən, zəngin mətbəxindən və milli musiqisindən bəhs edir.

T.Eminova bildirib ki, tarixi kitabxanaya Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə 15 kitab, 15 jurnal və 3 buklet təqdim olunub. Nəşrlər kitabxananın elektron kataloquna da daxil edilib. 1971-ci ildən bu günə kimi fəaliyyət göstərən tarixi kitaxananın 50 müxtəlif yerdə filialı mövcuddur.

T.Eminova layihənin davam edəcəyini bildirib. O, deyib ki, yaxın gələcəkdə qonşu ştatlarda da fəaliyyət göstərən digər nəhəng kitabxanalara da Azərbaycan haqqında kitablar bağışlanılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam