Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Piştaxta ilə kassa arasında qiymət təkamülü: “Süni deyil, təbiidir”FOTO

 

“Bir butulka suyu götürürsən, üstündə yazılır 90 qəpik, kassaya gedənə qədər onun qiyməti olur 1 manat 10 qəpik”.

Yenixeber.org: Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin birgə iclasında deputat Rüfət Quliyev bildirib.

Onun sözlərinə görə, ölkədə süni qiymət artımının qarşısını almaq lazımdır ki, belə hal yaşanmasın.

Göründüyü kimi, mağazalardakı süni qiymət artımları ilə bağlı şikayətlər o qədər çoxdur ki, artıq MM-də də müzakirə mövzusu olub. Məhsulun piştaxtadakı qiyməti ilə kassada vurulan qiyməti üst-üstə düşmür. Bəziləri bunu etiketlərin köhnə olması ilə əlaqələndirir, digərləri isə süni şəkildə artırıldığını iddia edirlər.

Bəs görəsən, bu nə ilə bağlıdır? Qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, mağazaya yeni məhsul gətiriləndə piştaxtaya ondan öncə çıxarılan məhsulun qiyməti də anında yenilənir:

“İnflyasiya sürətlə davam edir. Bəzən sui-istifadə hallarına rast gəlmək mümkündür. Lakin proses başqadır. Tutaq ki, piştaxtada olan məhsul oktyabrın 25-də gətirilib. Ondan sonra yeniləri gələndə qiyməti köhnə ilə müqayisədə fərqli olur, yəni yeni məhsul gələndə artıq bahalaşma baş verir. Ona görə də piştaxtadakı qiymətlə sistemə daxil edilib etiketlə üstünə vurulan qiymət eyni olmur. Problem bundan ibarətdir. Bu, süni qiymət artımı deyil, təbii qiymət artımıdır”.

Ekspert qeyd edib ki, bunun qarşısını almaq üçün bir çox üsullar tətbiq edilə bilər:

“Qiymət əmələgəlmə prosesi belədir ki, məhsulun ərsəyə gəlməsində rol oynayan bütün xərclər toplanılır. Buna vergi, nəqliyyat xərcləri, lisenziyalar daxildir. Daha sonra üzərinə müəyyən faiz nisbətində mənfəət qoyulur, məhsul satılır. 

Hazırkı vəziyyətdə qiymət əmələgəlməsinin daxili və xarici faktorları var. Azərbaycan idxal ölkəsidir. Bir çox məhsulları xaricdən alır. Rusiya-Ukrayna müharibəsi Azərbaycan bazarında bahalaşmaya ciddi təkan verdi. Həm qida, həm də digər məhsulların əksəriyyəti oradan idxal olunurdu. Xüsusən də yağ məhsullarının qiymətində bahalaşmanı kəskin şəkildə müşahidə edirik. Çörək Azərbaycanda istehsal olunur. Lakin dənli bitkiləri Ukrayna, Rusiya və Qazaxıstandan alırıq. Bu baxımdan çörəkdə də qiymət artımı baş verir”.

İqtisadçı əlavə edib ki, Azərbaycan vətəndaşı hazırda öz büdcəsi ilə bazardakı inflyasiya qarşısında acizdir:

“Düşünürəm ki, inflyasiyanın qarşısını almaq üçün bir çox imtiyazlara getməliyik. Bəzi sahələr ƏDV-dən azad edilməli, subsidiyalar yenidən gözdən keçirilməlidir. Gömrük vergisində müəyyən yumşaltmalar da aparmaq mümkündür. Ümumiyyətlə, istehsal sahələrində sahibkarlar üçün müəyyən subsidiyalar, güzəştlər həyat keçirilə bilər.

Minimal əməkhaqqı 300 manatdır. Əməkhaqqı ilə inflyasiya arasında kəskin fərq yaranır. Azərbaycan vətəndaşı hazırda öz büdcəsi ilə bazarda müşahidə olunan inflyasiya qarşısında acizdir”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə deyir ki, piştaxtada bir, kassada başqa qiymətin olması qanun pozuntusudur:

“Süni qiymət artımlarına qarşı mübarizə Azərbaycanın istehlak bazarının vacib fəaliyyətlərindən hesab olunur. Bu istiqamətdə monitorinqlərin aparılmasına ehtiyac var. Əgər mağazanın içərisində piştaxtada bir qiymət, kassada digər bir qiymət tətbiq olunursa, bu, əslində, ciddi qanun pozuntusudur. Vətəndaşı, xüsusən də istehlakçını aldadaraq artıq vəsaitin əldə olunmasıdır.

Belə hallar baş verdiyi anda müvafiq dövlət qurumlarına müraciət edilməsi vacibdir. Qiymətlərin necə dəyişməsi deyil, eyni zamanda alış zamanı malın üzərindəki qiymətdə fərqin yaranıb-yaranmamasına diqqət yetirmək lazımdır. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən monitorinqlərin davam etdirilməsinə ehtiyac var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam