Redaktor seçimi
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Günün xəbəri

Pakistan-Azərbaycan Ticarət Evinin yaradılması üçün şərtlər müəyyən edilib

 

Pakistan-Azərbaycan Ticarət Evinin yaradılması üçün şərtlər müəyyən edilib.

Yenixeber.org: Bu barədə Qlobal Biznes Alyansının (Global Business Alliance) sədri, “Belt and Road Consultants Pvt Ltd” şirkətinin baş direktoru Məhəmməd Asif Nur Bakıya səfərinin yekunlarını şərh edərkən bildirib.

O deyib ki, biznes nümayəndə heyətlərinin rəhbərləri Pakistan-Azərbaycan Ticarət Evinin tikintisi ilə bağlı razılığın əldə olunmasına mühüm töhfə verdi: "Şərtlər müəyyən edilib, ideya yaxın günlərdə hər iki tərəfdən hökumətlərin, diplomatik nümayəndəliklərin, ticarət və iqtisadi qurumların dəstəyi ilə həyata keçirilməlidir”.

Baş direktor Ticarət Evinin əvvəlcə onlayn rejimdə fəaliyyət göstərəcəyini, daha sonra isə həm Bakıda, həm də İslamabadda ofislərin açılacağını vurğulayıb.

Onun sözlərinə görə, Pakistanın biznes nümayəndə heyətinin son səfəri zamanı Qlobal Biznes Alyansı Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan-Azərbaycan Ticarət və Sənaye Palatası ilə iki mühüm Anlaşma Memorandumu imzalayıb.

“Digər addım ondan ibarətdir ki, Qlobal Biznes Alyansı həmçinin nəqliyyatla bağlı problemlərin həlli üzərində işləyir. Alyans danışıqlar zamanı bununla bağlı müzakirələr aparıb. Biz pakistanlı həmkarları ilə görüşmək üçün azərbaycanlı iş adamlarını Pakistana dəvət etməyi planlaşdırırıq", - M.A.Nur bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam