Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Ya Yunanıstan bir addım geri atar, ya da biz lazım olanı edirik" -Çavuşoğlu

"Ya Yunanıstan bir addım geri atar, ya da biz lazım olanı edirik" -    Çavuşoğlu  
"Yunanıstan unutmasın ki, külək əkən fırtına biçər. Bir gecə qəfil gələ bilərik, təhdidlərə səssiz qalmayacağıq".
Yenixeber.org:  Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə mətbuat konfransında deyib.

O bildirib ki, 1923-cü ildə Lozanna və Paris müqavilələri ilə Yunanıstana xüsusi şərtlərlə adalar verilib. Həmin qaydalara görə Yunanıstan bu adaları silahlandıra bilməz.

"Yunanıstan bu iki razılaşmanı birbaşa pozur. Biz hüquqi arqumentlərimizi göndərdik. Onlar isə sırf siyasi demaqogiya ehtiva edən, ədalətsiz, qanuni arqumenti olmayan cavablar verdilər.

Yunanıstan bu pozuntudan əl çəkməsə, bu adaların suverenliyi müzakirə olunacaq. Bu barədə susmağımız mümkün deyil. Bu adalar öz hüquqlarının pozulmasına son qoymalıdırlar. Ya Yunanıstan bir addım geri atar, ya da biz lazım olanı edirik. Prezidentimizin “Bir gecə qəfil gələ bilərik” deməsi də buna görədir. Onlara səssiz qala bilmərik. Biz lazımi addımları atacağıq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam