Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

ASAPES nümayəndələri Bolqarıstanda Elmi Konqresdə iştirak ediblər -FOTOLAR

 

Dekabrın 2-3-də Bolqarıstanın paytaxtı Sofiyada "Vassil Levski" Milli İdman Akademiyasının 80 illik yubileyinə həsr olunmuş "İdmanda tətbiqi elmlər" mövzusunda lll Beynəlxalq Elmi Konqres keçirilib.
Yenixeber.org: Konqres Avropa Birliyinin İnnovasiya, tədqiqat, mədəniyyət, təhsil və gənclər işləri üzrə komissarı, Avropa Parlamentinin üzvü Mariya Gabriyelin rəhbərliyi və iştirakı ilə təşkil olunub.
Konqresdə Bolqarıstan Respublikasının prezidenti Rumen Radev, Bolqarıstan parlamentinin üzvləri, nazirlər, ölkə rəsmləri, Milli İdman Akademiyasının rektoru və əməkdaşları, həmçinin xarici ölkələrdən olan rəsmi qonaqlar iştirak edib.
Azərbaycanı tədbirdə ASAPES-in prorektoru Rizvan Əliyev, “İdman menecmenti və kommunikasiya” kafedrasının müdiri, elmlər doktoru, professor Nailə Kələntərli və Hüquq təminatı və kadrlar şöbəsinin müdiri Fatma Məmmədova təmsil ediblər.
Konqresdə Akademiyanın fəaliyyətini əks etdirən ingilis dilində filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təmsilçilərimiz avrokomissar Mariya Qabrielin, İspaniya, İsrail, Serbiya, Rumıniya və digər ölkələrdən olan nümayəndələrin ASAPES-in fəaliyyəti ilə bağlı suallarını cavablandırıblar.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam