Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Mikayıl Cabbarov:“KOB-ların qeyri-neft ixracında payı 60 %-ə çatıb”

 

Azərbaycanda 2021-ci ilin yekununda kiçik və orta biznes (KOB) subyektlərinin qeyri neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə payı 27,5 %-ə, qeyri-neft-qaz ixracında payı isə 2020-ci ilin yekunundakı 31,8 %-dən 59,8 %-ə çatıb.

Yenixeber.org: Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA), eləcə də Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə Bakıda “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda keçirilən İNSME-nin 18-ci illik toplantısında nazir Mikayıl Cabbarov bildirib.

“Azərbaycanda bizneslərin 99,6 %-i mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Ötən il bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 20 milyard ABŞ dollarına yaxın olub və ümumi biznes dövriyyəsinin 32%-dən çoxunu, qeyri-neft-qaz ÜDM-nin isə 56,5%-ni təşkil edib”, - deyə o qeyd edib.

"KOB-ların inkişafı bizim üçün prioritetdir. Çünki, onlar istənilən ölkədə iqtisadiyyatın inkişaf tempini səciyyəələndirir. Azərbaycan hətta SSRİ dövründə sahibkarlıqla bağlı bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirməyə müvəffəq olub. Soruşa bilərsiniz ki, mərkəzləşdirilmiş və planlaşdırılan iqtisadiyyatda bu necə mümkün idi? Bu, qeyri-formal iqtisadiyyat olaraq fəaliyyət göstərib. Qeyri-formal iqtisadiyyat deyəndə biz mütləq qaydada qeyri-qanuni fəaliyyətləri nəzərdə tutmuruq. Sadəcə real sektoru tamamlayan tərəfləri qeyd edirik. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin inkişafına təsir göstərən böyük amillərdən biri ölkə ərazisinin işğalı idi və əhalinin bir qisminin qaçqınlara çevrilməsi idi, iqtisadiyyat bu amili nəzərə almalı idi. Çünki bu, iqtisadi tənəzzülə və ÜDM-nin azalmasına səbəb olan amil idi. Azərbaycan karbohidrogen ehtiyatlarının hasilatı sahəsində uğura nail olduqdan sonra vəziyyət dəyişdi. Bizim göstəricilərimizdə mənfəət artmağa başladı", - deyə M.Cabbarov əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam