Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının VI iclası keçirilib

 

Bakıda Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın VI iclası keçirilib.

Yenixeber.org:  Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, iclas Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Batır Atdayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutub.

İclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkənin əlaqələrinin inkişaf etdiyini, Türkmənistanla tərəfdaşlığın genişlənməsinə önəm verildiyini vurğulayıb. O, diqqətə çatdırıb ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Türkmənistanın ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 dəfədən çox artıb. Bununla belə, ticarəti daha da artırmaq üçün böyük imkanlar var və iki ölkənin enerji, nəqliyyat-tranzit və digər sahələr üzrə geniş potensialı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır.

Tədbirdə ölkəmizin biznes və sərmayə cəlbediciliyi barədə ətraflı məlumat verilib, Türkmənistan investorları fəal əməkdaşlığa dəvət olunub. B.Atdayev ölkələr arasında uğurlu əlaqələri vurğulayıb, tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafı, işgüzar münasibətlərin genişlənməsi və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.

İclasda qarşılıqlı ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığın inkişafı barədə müzakirələr aparılıb.

İclasın sonunda yekun Protokol imzalanıb. Sənədi M.Cabbarov və B.Atdayev imzalayıblar. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Rəsmilərin ayrıca görüşü də keçirilib. Tərəflər iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətlərini müzakirə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam