Redaktor seçimi
Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova qanunları belə tanıyır -
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputat… -
RUSLARIN QAFQAZ ƏNDİŞƏSİ… -
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti -
Qoşqar Təhməzlinin məktubu “Dumanlı Albiona”ya bənzədildi:  Bu hadisənin səbəbkarlarından birincisi Sizsiniz! -
Sabirabaddakı  “OMEQA” Klinikası ilə Qazaxın icra başçısını nə bağlayır?-
Abdin Fərzəliyev Qarabağ qazisini ölkə xarici edir... -
Qoşqar Təhməzli, daha nə olmalıdır ki, Sizdən "səs çıxsın" –
Günün xəbəri

Çində COVID-19:Sutkalıq yoluxma 30 mini ötdü

Çində COVID-19:    Sutkalıq yoluxma 30 mini ötdü   
Çində pandemiyanın hazırkı dalğasında sutkalıq yoluxma sayı 30 mini ötüb.
Yenixeber.org:  Ötən sutka ölkədə 31 min 444 yoluxma, o cümlədən 27 min 517 asimptomatik yoluxma və bir ölüm qeydə alınıb. Bu, hazırki dalğada ən yüksək sutkalıq yoluxma sayıdır. Ümumiyyətlə, oktyabrın son günlərindən başlayaraq Çində epidemik vəziyyət ağırlaşır.

Yoluxmaların əsas ocaqları paytaxt Pekin, ölkənin xarici ticarət qapısı və əsas istehsal mərkəzlərindən hesab olunan Quancou şəhəridir. Bundan əlavə, Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçin (31 milyon sakini var), habelə Cencou şəhəri və Daxili Monqolustan muxtar bölgəsidir. Bəzi şəhərlərdə tam və ya məhəllələr üzrə qapanmalar tətbiq olunur. Belə ki, 19 milyon əhalisi olan Quancounun 8 rayonunda, Çonçinin 11 rayonunda qapanma elan edilib. Yaşayış məntəqələrindəki riskli zonaların sakinləri üçün “evdə qal” rejimi tətbiq olunur.

Quancou şəhərində yoluxanların sayının çoxalması səbəbindən 250 min yerlik modul xəstəxanaların inşasına qərar verilib. Şanxay, Şencen, Çendu kimi yoluxma aşkarlanan digər yaşayış məntəqələrində də kütləvi test prosesi icra olunur. Epidemik vəziyyətin ağırlaşması səbəbindən şəhərlərarası səyahətlər məhdudlaşdırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam