Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Azərbaycanda qadınların orta maaşı kişilərin orta maaşının azı 80 %-nə çatdırılacaq

 

2026-cı ilə qədər Azərbaycanda qadınların orta aylıq əmək haqqının kişilərin orta aylıq əmək haqqına nisbətinin minimum 80 %-ə çatdırılması nəzərdə tutulub.

Yenixeber.org:  Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Bakıda "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" mövzusunda keçirilən forumda bildirib.

"Bu gün ölkədə qadın əməyinin dəyərinin yüksəldilməsi əsas prioritetlərdən biridir. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dinamik, inkluziv cəmiyyətdə sosial ədalətin təmin olunması üçün qadın əməyinin düzgün qiymətləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Qadınların sahibkarlıq mühitində inkişafı, maliyyə əlçatanlığı, elektron xidmətlərdən yararlanmasına geniş imkanların yaradılması hədəflənib. Bu, həm cəmiyyətdən, həm də dövlət orqanlarının qarşılıqlı fəaliyyətindən asılı olan məsələdir", - deyə S.Musayeva əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam